image-1backend

İranda daha bir polis zabiti öldürülüb 

image-reklam_sirab_01
Vətəninfo.az BBC istinadən  xəbər verir ki, bu gün səhər saatlarında Şiraz şəhər Polis İdarəsinin Yardım Bölməsinin komandiri Kuruş Bazyar öldürülüb.
Fars əyalətinin Polis İdarəsinin məlumatına görə, o, patrul xidməti apararkən “Nissan” markalı mikroavtobusun qaçaq yük daşımasından şübhələnib, amma sürücü polisin xəbərdarlığına məhəl qoymayıb. Bir müddət təqibdən sonra o, sürücünü saxlayıb.
Qeyd olunub ki, sözügedən mikroavtobusa baxış zamanı yüksək sürətlə gələn “Peugeot” markalı minik avtomobili onu vurub. Kuruş Bazyar dərhal xəstəxanaya aparılıb, ancaq aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki