image-exlaq-polisi-696x434backend

İranda əxlaq polisi ləğv edilib

image-reklam_sirab_01

İran hakimiyyəti əxlaq polisini ləğv etmək qərarına gəlib.

Bu barədə “Arab News” ölkənin Baş Prokurorluğuna istinadən məlumat yayıb.

“İranın Baş Prokurorluğu əxlaq polisinin ləğvi barədə məlumat verib”, – agentlik bildirib.

İranın baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, “əxlaq polisi İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib”.

Qeyd edək ki, daha öncə İranın hüquq orqanlarının qadınlar üçün hicabın məcburi geyinilməsi ilə bağlı qaydaların dəyişdirilməsini nəzərdən keçirdiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki