image-1backend

İranda jurnalistlər parlamentə buraxılmadı 

image-reklam_sirab_01

Vətəninfo.az “Mehr News” istinadən xəbər verir ki, dünən İran parlamentinin internet saytına edilən haker hücumlarından sonra bu gün jurnalistlərin parlamentə daxil olmasına icazə verilməyib.
Məlumata görə, “Devrilənədək Qiyam” adlı haker qrupunun kiberhücumları nəticəsində parlamentin bir sıra daxili sistemlərində yaranan nasazlıqlar səbəbindən jurnalistlərin binaya giriş-çıxışının qarşısı alınıb.
Qeyd olunub ki, parlamentin bugünkü plenar iclası da jurnalistlərin iştirakı olmadan keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki