İranda silahlı şəxslərin hücumuna məruz qalan 2 polis əməkdaşı həyatını itirib, 4-ü də yaralanıb.
Vətəninfo.az xəbər verir ki, İranın rəsmi İRNA xəbər agentliyinin yaydığı xəbərinə görə, Fars əyalətinin Neyriz rayonunda təhlükəsizlik qüvvələri şübhəli avtomobildəki silahlı şəxslər tərəfindən atəşə tutulub.
Hücum nəticəsində 2 polis əməkdaşı həyatını itirib, 4-ü də yaralanıb.
”Narkotik tacirləri” olduqları ifadə edilən təcavüzkarların qaçdığı bildirilib.


























