image-1backend

İranda terror hücumunda həlak olanların sayı 95 nəfərə çatıb

image-reklam_sirab_01

Yanvarın 3-də İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki hücumunda ölənlərin sayı 95-ə yüksəlib.
Vətəninfo.az xəbər verir ki, İran dövlət televiziyasının xəbərinə görə, Kirman Təcili Yardım Mərkəzinin sözçüsü Muhammed Saberi hücumda yaralanan və müalicə olunan 11 yaşlı Nazənin Açekzehi adlı qızın bu gün dünyasını dəyişdiyini, ölənlərin sayının 95-ə yüksəldiyini bildirib.
Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə yanvarın 3-də anım mərasiminin keçirildiyi Kirmanda iki hücum törədildi.
İran rəsmiləri hücumun terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlamışdı.
Hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürmüşdü.
Hadisədən sonra həyata keçirilən əməliyyatlar nəticəsində 6 əyalətdə 35 nəfərin saxlanıldığı, terrorçu-kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu bildirilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki