Vətəninfo.az “Mehr News”-ə istinadən xəbər verir ki, dünən İranın Rusiyadakı səfiri Kazım Cəlali HƏMAS-ın siyasi bürosunun üzvü Musa Əbu Mərzuq və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Məlumata görə, tərəflər Qərbi Asiya bölgəsində və #Qəzza zolağında baş verən son prosesləri müzakirə ediblər.
Qeyd olunub ki, görüşdə Kazım Cəlali Tehranın Fələstinə davamlı dəstəyini, beynəlxalq ictimaiyyət və BMT-nin Qəzzada gedən müharibənin dayandırılmasına görə məsuliyyət daşıdığını vurğulayıb.


























