image-1backend

İsrail HƏMAS-a girovların qaytarılması üçün möhlət verib

image-reklam_sirab_01

İsrail hərbi kabinetinin üzvü Benni Qantz xəbərdarlıq edib ki, Fələstinin radikal HƏMAS hərəkatı martın 10-dək Qəzzada saxladığı bütün girovları azad etməsə, o zaman Rəfah şəhərində quru əməliyyatına başlanılacaq. Vətəninfo.az-ın məlumatına görə , bu barədə BBC məlumat yayıb.

İsrail ilk dəfə olaraq elan etdi ki, öz qoşunları təxminən 1,5 milyon fələstinlinin sığındığı Misirlə sərhəddə yerləşən Rəfaha daxil ola bilər.

“Dünya bilməlidir və HƏMAS liderləri də bilməlidir ki, girovlarımız Ramazana qədər evlərinə qayıtmasalar, hərbi əməliyyatlar hər yerdə, o cümlədən Rəfah bölgəsində davam edəcək”, – Gantz deyib.

Beynəlxalq ictimaiyyət İsraili Rəfahda hərbi əməliyyatlardan çəkinməyə çağırıb. Fevralın 15-də İsrail Müdafiə Qüvvələri (IDF) Rafahın ən böyük tibb komplekslərindən birinə – “Nasser” xəstəxanasına daxil olaraq, kəşfiyyat məlumatlarına görə, orada bir neçə israilli girov olduğunu iddia edib.

Misir İsrailə xəbərdarlıq edib ki, Rəfahda hərbi əməliyyata başlamasın, çünki nəticədə fələstinlilər Misir ərazisinə keçə bilər və Qahirə bunu qəbuledilməz hesab edir.

Eyni zamanda, Gantz bildirib ki, İsrail “mülki itkiləri azaltmaq üçün amerikalı və misirli tərəfdaşlarla dialoqda mülki şəxslərin təxliyəsini asanlaşdırmaq üçün koordinasiyalı şəkildə” hərəkət edəcək.

Oktyabrın 7-də HƏMAS silahlılarının işğalından sonra İsraildə 1200 nəfər həlak olub, 253 nəfər əsir götürülüb. Noyabrda təsdiq edilmiş 7 günlük humanitar atəşkəs zamanı girovların bəziləri geri qaytarılıb. İsrailin məlumatına görə, hələ də HƏMAS-da 130-a yaxın girov qalır.

Qəzzanın səhiyyə orqanlarının verdiyi son məlumatlara görə, İsrailin Qəzza zolağına endirdiyi zərbələrin qurbanlarının sayı 28 985 nəfərə, yaralıların sayı isə 68 883 nəfərə çatıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki