image-image_750x_65de24f6336dcbackend

İsrail HƏMAS liderini axtarır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, briqada generalı Daniel Həcəri bildirib ki, İsrail hərbçiləri Fələstinin HƏMAS hərəkatının rəhbəri Yəhya Sinvarı həbs etmək üçün hər cür səy göstərir.
Bu barədə İsrail mətbuatı yazır.

Həcərinin sözlərinə görə, “söhbət Həmas lideri Yəhya Sinvarın harada gizləndiyi deyil. Əsas odur ki, onu diri-diri yaxalayaq. Nə qədər çətin olsa da, tutulacaq”.
Generalın proqnozuna görə, HƏMAS-ın girov saxladığı Rəfahda müharibə başa çatacaq.

Bundan əvvəl “The Washington Post” yazıb ki, Sinvar Qəzza zolağında Xan Yunisin altındakı tunellərdə gizlənir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki