image-1backend

İsrail İranın Dəməşkdəki konsulluğunu yerlə yeksan etdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki,  İranın hökumətyönlü mediası yazır ki, İranla İsrail arasında müharibə hər an başlaya bilər.

***

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Dəməşqdəki İran konsulluğuna İsrailin endirdiyi zərbə nəticəsində iki general və beş zabitin öldüyünü təsdiqləyib. İranlılar amansız cavab vəd edir. Diplomatik missiyaya vurulan zərbə kifayət qədər ciddi səbəbdir. Digər tərəfdən, diplomatik missiya sanki tam hərbi qərargah rolunu oynayırdı…

***

Əl-Ərəbiyyə telekanalı İranın Dəməşqdəki konsulluğu yaxınlığında partlayışların baş verdiyini xəbər verir. Hücum nəticəsində Suriya və Livandakı “Qüds” qüvvələrinin komandanı Məhəmməd Rza Zahedi də daxil olmaqla altı iranlının həlak olduğu bildirilir.

***

Bildirilir ki, İsrailin zərbəsi nəticəsində İnqilab Keşikçiləri Qvardiyasının Suriya və Livandakı briqada generalı və Baş Qərargah rəisi Hüseyn Əmirullah Rəhimi də zərərsizləşdirilib.

***

“İsrail Qolan Yüksəkliklərində F-35 qırıcılarından atılan 6 raketlə İran konsulluğunun binasını hədəfə aldı. Təxminən yeddi nəfər öldürülüb. İndi heç bir ad açıqlaya bilmərəm”, – deyə İranın Suriyadakı səfirinin açıqlamasında bildirilib.

“Hücumda bir neçə iranlı diplomat və hərbi müşavir həlak olub. Onların adları daha sonra açıqlanacaq”.

Bu barədə İranın Suriyadakı səfiri Hüseyn Əkbəri bildirib.

Onun sözlərinə görə, “İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək”.

“Hələlik dağıntıların tam təmizlənməsi aparılmayıb və 5-7 nəfərin öldüyünü düşünürük. Dəqiq rəqəmlər daha sonra açıqlanacaq”, – deyə o bildirib.

Diplomat qeyd edib ki, iki polis də öldürülüb, hazırda adları açıqlanmayıb.

İran Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Hüseyn Əmir Abdullahian suriyalı həmkarı ilə telefon danışığında deyib ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq binasına edilən hücuma görə bütün məsuliyyət İsrailin üzərinə düşür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki