image-1backend

İsrail Livana hava zərbələri endirdi

image-reklam_sirab_01

İsrail Hizbullahın hücumlarına cavab olaraq Livanın Baalbek şəhərinə hava zərbələri endirib.
Livan İsrailin hava hücumları nəticəsində Baalbek şəhəri və ətrafının zərər gördüyünü bildirib. Bu barədə Vətəninfo.az  “İnterfaks” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, Livanın dövlət xəbər agentliyinin məlumatına görə, zərbələrdən biri Baalbekin cənubunda yerləşən Ənsarinin yaşayış binasına endirilib.

Yerli media həmçinin yaxınlıqdakı Şəmstar və Taraya qəsəbələrinin də təsirləndiyini bildirib. Livanın “Əl Cədid” telekanalı zeytun yağı zavoduna hücum edildiyini bildirib. Bir qurban və altı yaralının olduğu bildirilir.

Öz növbəsində İsrail hərbçiləri İsrail Müdafiə Qüvvələrinə məxsus döyüş təyyarələrinin Livanın Bekaa vadisində yerləşən şiə Hizbullah təşkilatının iki obyektinə zərbələr endiriblər.

“Bu obyektlər İsrail dövlətinə qarşı müxtəlif hücumlar planlaşdıran və həyata keçirən “Hizbullah” hərbi hava qüvvələrinə məxsusdur”, – İsrail ordusunun sosial şəbəkədə yaydığı mesajda deyilir.

İsrail Müdafiə Qüvvələri əlavə edib ki, zərbələr son günlər Colan təpələri istiqamətində həyata keçirilən “Hizbullah” hava hücumlarına cavab olaraq həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki