Vətəninfo.az xəbər verir ki, İsrailin Livanın cənubunda bir avtomobilə pilotsuz təyyarə ilə hücum təşkil etdiyi, 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı bildirilib.
Livan mətbuatında yer alan xəbərə görə, yanvarın 21-də ölkənin cənubundakı Kafradakı Livan hərbi nəzarət məntəqəsi yaxınlığında bir avtomobilə pilotsuz təyyarə ilə hücum edildiyi, hücum nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin yaralandığı qeyd edilib.
Livan-İsrail sərhədinin təxminən 8 kilometrliyində həyata keçirildiyi bildirilən hücumda bir avtomobilin məhv edildiyi, digərinin isə alovlandığı bildirilib.
İsrail mediasının təhlükəsizlik mənbələrinə əsaslanan xəbərlərində, hücumda iki Hizbullah üzvünün öldürüldüyü, birinin isə qaça bildiyi qeyd olunub.