image-1backend

İsrail ordusu bu şəhəri  mühasirəyə aldı

image-reklam_sirab_01

İsrail ordusu quru qoşunlarının Qəzza zolağının cənubundakı ən böyük yaşayış məntəqəsi olan Xan Yunisi mühasirəyə aldığını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, İsrail ordusu daha əvvəl “təhlükəsiz” olduğunu iddia etdiyi və ötən ayın əvvəlində “döyüş bölgəsi” elan etdiyi Xan Yunisə qarşı hücumlarını artırıb.

Xan Yunisi “döyüş bölgəsi” elan etdikdən sonra qurudan hücuma keçən İsrail ordusu son günlər bölgəni havadan, qurudan və dənizdən intensiv şəkildə bombalayır.

İsrail ordusundan verilən yazılı açıqlamada İsrail qüvvələrinin son 24 saat ərzində genişmiqyaslı hücumlar təşkil etdiyi və Xan Yunisin quru qoşunları tərəfindən mühasirəyə alındığı bildirilib.
İsrail ordusu Xan Yunisə hücumlarını artırdığı üçün minlərlə fələstinli Misir sərhədində yerləşən Rəfaha doğru köç etmək məcburiyyətində qalıb.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Xan Yunisdən başlayan köçdən əvvəl Rəfahın əhalisi dörd dəfədən çox artaraq 1,2 milyon nəfərə çatıb və bölgə Qəzzada əhalinin ən sıx olduğu bölgəyə çevrilib.
Bölgəyə köç edən fələstinlilər müvəqqəti çadırlardan ibarət düşərgələrdə məskunlaşmalı olublar.
İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələri tərəfindən saxlanılan fələstinlilərin sayı 6220-yə yüksəlib.
Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına tabe olan Əsir və Azad Edilənlər Heyətindən verilən birgə yazılı açıqlamada İsrailin Tulkərim, Nablus, Ramallah, Qüds, El-Halil və Beytləhm şəhərlərində aralarında keçmiş məhbusların da olduğu 25 fələstinlini saxladığı və oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində saxlanılan fələstinlilərin sayının 6200-ə çatdığı bildirilib.

Digər tərəfdən, işğal altındakı Ramallah şəhəri yaxınlığında bir fələstinliyə aid avtomobil fanatik yəhudilər tərəfindən yandırılıb.
Yanğında 12 avtomobilə ziyan dəyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki