2023-cü il oktyabrın 7-dən bu yana İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı 27708-ə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyindən verilən bəyanatda bildirilib. Bəyanatda İsrailin Qəzza zolağında 124 gündür davam edən hücumları ilə bağlı məlumat verilib.
Bəyanatda İsrail qüvvələrinin son 24 saat ərzində Qəzza zolağında 16 hücum törətdiyi və bu hücumlarda 123 nəfərin öldüyü, 169 nəfərin yaralandığı bildirilib.
İsrailin oktyabrın 7-dən bu yana davam edən hücumlarında Qəzzada həlak olan fələstinlilərin sayının 27 708-ə, yaralı sayının isə 67 147-yə yüksəldiyi bildirilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğunu, lakin həkim briqadaları və mülki müdafiə əməkdaşlarının İsrail qüvvələrinin maneəsi səbəbindən cəsədlərin olduğu bölgəyə gedə bilmədiyi vurğulanıb.