image-1backend

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb FOTO

image-reklam_sirab_01

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə məlumatı “newsru.co.il” yayıb.

image-12

Bildirilib ki, şəhər sakinləri və köçkünlər təxliyə edilir. Onlar Mauasi humanitar zonasında salınmış müvəqqəti düşərgələrə yerləşdirilir.

BMT-nin məlumatına görə, Rəfahda 1 milyon 400 min nəfər yaşayıb.

İnformasiyaya əsasən, Rəfahda HƏMAS-ın hərbi qolu sayılan “İzəddin əl-Kasam briqadası”nın dörd taboru yerləşdirilib.

Əməliyyatın azı altı həftə davam edəcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki