image-1backend

İsrail Qəzza zolağının cənubundakı Rəfah şəhərinə zərbələr endirib

image-reklam_sirab_01

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubundakı Rəfah şəhərinin məhəllələrindən birinə bir sıra zərbələr endirib. Vətəninfo.az xəbər verir ki, bu barədə İsrail ordusunun Telegram kanalı məlumat yayıb.

Məqalədə deyilir: “İsrail ordusu Qəzza zolağının cənubundakı Əl-Şaburah bölgəsində terrorçuların hədəflərinə bir sıra zərbələr endirib.

“Əl-Cəzirə” televiziyasının məlumatına görə, Rəfahın şimal və mərkəzi hissələrində iki məscid də vurulub.

Dünən İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında təhlükəsizlik nəzarətini daimi olaraq saxlamaq niyyətində olduğunu açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki