image-1backend

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasına imkan VERMİR

image-reklam_sirab_01

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzanın şimal bölgələrinə gedən hər 4 humanitar yardım missiyasından 3-nə girişin İsrail qüvvələri tərəfindən mane olunduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) “X” sosial media platformasında edilən paylaşımda 2024-cü ilin ilk 2 həftəsində Qəzzaya kritik ehtiyac duyulan humanitar yardım əməliyyatlarının genişləndirilməsinin qarşısının alındığı qeyd olunub.

Paylaşımda “Qəzzanın şimal bölgələrinə gedən hər 4 humanitar yardım missiyasından 3-nə giriş İsrail qüvvələri tərəfindən əngəllənib” deyilib.

“Həlab”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları 7 oktyabr 2023-cü il tarixində “Əqsa məscidi başda olmaqla fələstinlilərə və müqəddəs dəyərlərə qarşı davamlı pozuntulara cavab vermək” səbəbi ilə İsrailə hərtərəfli hücuma keçib. ”

İsrail oktyabrın 7-də baş verən hücumlarda 1200 israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 10 min 800-ü uşaq, 7 min 250-si qadın olmaqla 25 min 295 fələstinli həyatını itirib, 63 min nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

İsrail ordusu Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan bəri 532 əsgərinin öldürüldüyünü açıqlayıb.

Münaqişədə humanitar fasilə zamanı 81 israilli və 240 fələstinli əsir qarşılıqlı şəkildə azad edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki