image-1backend

İsrail Suriyada SEPAH-ın müşavirini məhv etdi

image-reklam_sirab_01

SANA dövlət xəbər agentliyi hərbi mənbəyə istinadən xəbər verir ki, Suriya ordusu cümə günü Dəməşqin cənubunu hədəf alan Qolan təpələrindən atılan bir sıra İsrail raketlərini vurduğunu bildirib. Lakin hədəfə çatan raketlər 2 nəfərin ölümünə səbəb olub

Dəməşq yaxınlığında partlayışla bağlı xəbərlər gecə saatlarında yayılıb.

İsrail ordusundan şərh verilməyib.

İsrail 2011-ci ildə başlayan vətəndaş müharibəsində prezident Bəşər Əsədi dəstəkləməyə başlayandan bəri Tehranın təsirinin artdığı Suriyada İranla əlaqəli hədəflər kimi təsvir etdiyi hədəflərə illərdir hücumlar həyata keçirir.

İranın İSNA agentliyi xəbər verir ki, İsrailin raket hücumu nəticəsində Dəməşqin cənubunda SEPAH-ın yüksəkrütbəli müşaviri öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki