image-1backend

İsraildə kütləvi  etirazlar başladı – Netanyahunun istefasını tələb edirlər

image-reklam_sirab_01

İsraildə minlərlə insan hökumət əleyhinə nümayişlərə çıxıb. Fələstinin HƏMAS radikal hərəkatının 7 oktyabr hücumundan və Qəzza zolağında hərbi əməliyyatlardan sonra baş nazir Benyamin Netanyahu hökumətinə qarşı nümayişlər bir müddət dayanmışdı.

Vətəninfo.az xəbər verir ki , BBC-nin məlumatına görə, Qüds polisi aksiyanı dağıtmaq üçün etirazçıların üzərinə çiləyicilərdən iyli su çiləyib.

Etirazçılar Netanyahunun istefasını və yeni seçkilərin keçirilməsini tələb ediblər. Bundan əlavə, aksiya iştirakçıları HƏMAS-ın əlində saxladığı 130 girovun geri qaytarılması üçün təcili razılığın əldə olunmasını tələb ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki