image-1backend

İsrailin hərbi əməliyyatları səbəbindən 450 minə yaxın fələstinli Rəfahı tərk edib

image-reklam_sirab_01

Son bir həftədə təxminən 450 min insan İsrailin əməliyyatı səbəbindən Qəzza zolağının cənubundakı Rəfah şəhərini tərk etmək məcburiyyətində qalıb. Vətəninfo.az  məlumatına görə , bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat yayıb.

“Ailələr təhlükəsizlik axtarışında qaçmağa çalışdıqları üçün Rəfahda boş küçələr var. UNRWA-nın hesablamalarına görə, mayın 6-dan bəri 450 minə yaxın insan Rəfahdan məcburi köçkün edilib”, – agentliyin X sosial platformasında dərc olunan bəyanatında deyilir.

Agentliyin açıqlamasına görə, insanlar taqətdən düşüb, aclıqdan ölüblər və “yeganə ümid təcili atəşkəsdir”.

Oktyabrın 7-də HƏMAS yaraqlılarının işğalından sonra İsraildə 1200 adam öldürülüb, 250-yə yaxın adam əsir götürülüb. İsrailin son məlumatlarına görə, Qəzza zolağında 128 girov qalıb, 36 girov ölüb.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, Qəzza zolağında İsrailin cavab hərbi əməliyyatları zamanı təxminən 35 min fələstinli həlak olub, 80 min nəfər isə yaralanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki