image-1backend

İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 28 mini keçib

image-reklam_sirab_01

İsrailin Qəzza zolağına 131 gündür təşkil etdiyi hücumlarda 28 576 adam həyatını itirib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi tərəfindən verilən açıqlamada İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun Qəzzada son 24 saatda həyata keçirdiyi 11 hücum nəticəsində 103 nəfərin öldüyü, 145 nəfərin yaralandığı bildirilib.

Qəzzada 2023-cü ilin 7 oktyabr tarixindən etibarən törədilən hücumlar nəticəsində 28 576 adam ölüb, 68 291 adam da yaralanıb.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölülərin olduğu, lakin həkim briqadaları və mülki müdafiə əməkdaşlarının İsrail qüvvələrinin maneəsi səbəbindən cəsədlərin olduğu bölgəyə gedə bilmədiyi vurğulanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki