İstanbulda otelə silahlı hücum olub, hücum edənlərin axtarışları davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə qəzeti yazıb.
“Odlu silahla silahlanmış şəxs İstanbulda, Küçükçəkməcədə 4 mərtəbəli otel binasına hücum edib. Atılan güllələrin bir hissəsi sərnişinlərin olduğu yoldan keçən avtobusa da dəyib. Hazırda hücumu törədən şəxs və ya şəxslərin tapılması istiqamətində axtarışlar aparılır”, – nəşr yazır.