image-reklam-veteninfo
image-2backend

İstanbulda yanğın – 12 nəfər həyatını itirib, 11 yaralı var

image-reklam-veteninfo

Türkiyənin İstanbul şəhərində yanğın olub.

Vətəninfo.az TRT-yə istinadən xəbər verir ki, hadisə Beşiktaş rayonunda qeydə alınıb.

16 mərtəbəli binanın zirzəmisində baş verən yanğında 12 nəfər həyatını itirib. 7-si ağır vəziyyətdə olan daha 11 nəfər isə yaralanıb

İstanbul valiliyi hadisə ilə bağlı araşdırmalar başladığını açıqlayıb. Bildirilib ki, yanğın söndürülüb.

Hazırda müvafiq addımlar atılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki