NATO-nun baş katibi Yens Stoltenberq İsveçin NATO-ya daxil olma protokolunun Macarıstan parlamenti tərəfindən ratifikasiya olunmasını alqışlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Fevralın 26-da Macarıstan parlamenti İsveçin NATO-ya üzvlük sazişini ratifikasiya edib. Sənədin təsdiqinin lehinə 188 deputat, əleyhinə isə 6 deputat səs verib.
Bir neçə aylıq gecikmədən sonra Macarıstan alyansın 31 üzvü arasında sonuncusu oldu və İsveçin NATO-ya daxil olmasını ratifikasiya etdi.
Bu prosesin uzun müddət ləngiməsi ABŞ-ın açıq-aşkar narazılığına səbəb oldu. Fevralın əvvəlində milli təhlükəsizlik müşaviri Ceyk Sullivan bildirib ki, ABŞ Macarıstandan İsveçin NATO-ya üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyi gözləyir. Onun sözlərinə görə, Vaşinqton təhdidlərə əl atmaq fikrində deyil, lakin onun səbri sonsuz deyil”.