ABŞ-ın hazırkı vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkisi üçün vitse-prezident postuna namizədini müəyyənləşdirib.
Bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Kamala Harris noyabrda keçiriləcək seçkilərdə Minnesota qubernatoru Tim Valsla (Tim Walts) birgə mübarizə aparacaq.
Son günlərdə vitse-prezident postuna potensial namizədlər arasında üçlük – Pensilvaniya qubernatoru Coş Şapiro, Arizona senatoru Mark Kelli və Minnesota qubernatoru Tim Valsın adları çəkilirdi.