Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi yeni vəzifə alacaq və ABŞ prezidentinin köməkçisi tituluna yüksələcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerika administrasiyasındakı mənbələrə istinadən Associated Press məlumat yayıb.
Kirbi Ağ Evin milli təhlükəsizlik kommunikasiyaları üzrə müşaviri təyin ediləcək və ABŞ-ın müxtəlif agentlikləri arasında məlumat mübadiləsinə nəzarət etmək üçün tabeliyində olan işçi heyətini qəbul edəcək. Milli Təhlükəsizlik Şurası ayrıca fəaliyyət göstərəcək.
Bundan əlavə, Kirbi prezidentin köməkçisinin müavini vəzifəsindən prezidentin köməkçisi vəzifəsinə yüksələcək.
Agentlik vurğulayır ki, yeni vəzifəyə baxmayaraq, Kirbi Ağ Evdə jurnalistlər üçün müntəzəm brifinqlərdə çıxış etməyə davam edəcək.
2021-ci ilin yanvar ayından Pentaqonun mətbuat katibi olan Kirbi 2022-ci ilin mayında Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru təyin edilib. 2015-2017-ci illərdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri vəzifəsini də tutub.