image-1backend

Liviyada partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 35 nəfər ölüb

image-reklam_sirab_01

Son bir ildə Liviyada partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilir.
Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyasının (UNSMIL) rəsmi internet səhifəsində edilən paylaşımda 2024-cü ilin aprelindən əvvəl Liviyada mina və partlayıcı maddələr nəticəsində həyatını itirən və yaralananlar haqqında məlumat verildi.
Paylaşımda 2023-cü ilin aprel ayından bu günədək partlayıcı maddələrlə bağlı yaşanan hadisələr nəticəsində 26-sı uşaq olmaqla 35 nəfərin öldüyü və ya yaralandığı bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Liviyadakı missiyası son 5 ildə partlayıcı maddələrlə bağlı yaşanan insidentlər nəticəsində 400-dən çox insanın yaralandığı və ya öldüyü qeyd edilib.
Paylaşımda həmçinin Liviyada müəyyən edilən təhlükəli ərazilərin təxminən 36 faizinin təmizləndiyi, təxminən 436 milyon kvadratmetr ərazinin isə hələ də təmizlənmədiyi bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki