image-image_750x_65dccb34bcd3fbackend

Macarıstanın yeni prezidenti bu şəxs oldu

image-reklam_sirab_01

Macarıstan parlamenti Konstitusiya Məhkəməsinin sədri Tamas Şuyoku beş il müddətinə ölkə prezidenti seçib.

Vətəninfo.az xəbər verir ki, Şuyokun namizədliyinin lehinə 134 deputat, əleyhinə isə 5 deputat səs verib. Müxalifət partiyaları səsvermədə iştirak etməyib.

Şuyokun vəzifəyə martın 5-dən başlayacağı da açıqlanıb.

Bundan əvvəl parlament bazar ertəsi keçirilən iclasda uşaqlara qarşı zorakılıqda iştirak edən şəxsin əfv olunması ilə bağlı qalmaqaldan sonra postunu tərk edən keçmiş prezident Katalin Novakın istefasını qəbul edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki