image-1backend

Marca: Mbappe Real Madrid ilə 5 illik müqavilə imzalayıb

image-reklam_sirab_01

İspaniyanın “Marca” nəşri xəbər verir ki, Fransa çempionu PSJ-nin 25 yaşlı fransız hücumçusu Kilian Mbappe “Real”la 5 illik müqavilə imzalayıb. Vətəninfo.az xəbər verir ki, müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

Ötən həftə Mbappe PSJ rəhbərliyi ilə görüşüb və kral klubu ilə anlaşdığı üçün yeni müqavilə təklif etməməyi xahiş edib.

Daha əvvəl PSJ-nin Mbappeyə illik 80 milyon avro maaşla iki illik müqavilə təklif etdiyi məlum olub.

Mbappenin “Real Madrid”də illik maaşı 50 milyon avrodan çox olmayacaq.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir, 290 oyunda 243 qol vurub və 105 məhsuldar ötürmə edib. Onun müqaviləsi iyunun 30-na kimi nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki