image-1backend

Martin Qriffits: ‘‘Suriyada 16,7 milyon insan humanitar yardıma möhtacdır’’

image-reklam_sirab_01

BMT-nin Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Suriyada 16,7 milyon insanın humanitar yardıma möhtac olduğunu açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, Martin Qriffits BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı sessiyasında çıxış edib.

Fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələnin cari əsrin ən şiddətli zəlzələlərindən biri olduğunu qeyd edən Martin Qriffits həmin zəlzələlərin həm Türkiyedə, həm də Suriyada minlərlə insanın ölümünə, milyonlarla insanın yaralanmasına səbəb olduğunu xatırladıb.

Martin Qriffits əsas xidmətlərin və sığınacaqların yenidən qurulmasının vacibliyini vurğulayaraq qeyd edib ki, Suriyada 12 ildən artıqdır davam edən münaqişə zəlzələnin təsirlərini daha da artırıb.

Son bir ildə Suriyada vəziyyətin daha da pisləşdiyini qeyd edən Martin Qriffits deyib:”Suriyada humanitar yardıma ehtiyacı olan 16,7 milyon insan var. Bu, ümumi əhalinin təxminən dörddə üçünə bərabərdir”.

Martin Qriffits həmçinin Suriyada davam edən qarşıdurmanın su qaynaqlarını və iqtisadi vəziyyəti daha da pisləşdirdiyini qeyd edərək bütün tərəfləri beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki