image-1backend

Mərmərə dənizində Türkiyə bayrağı altında üzən yük gəmisi batıb

image-reklam_sirab_01

6 dənizçinin olduğu Türkiyə bayrağı altında üzən  yük gəmisi batıb. “Axtarışlar davam edir” – Vətəninfo.az xəbər verir ki, bu barədə Bursa valisi Mahmud Dəmirtaş məlumat verib.

“69 metrlik “Batuhan” gəmisində 6 nəfər olub, onların hamısı Türkiyə vətəndaşıdır. Onlar üçün axtarış-xilasetmə əməliyyatlarına başlanılıb”, – deyə Mahmud Dəmirtaş, TRT Haber telekanalında bildirib.

Onun sözlərinə görə, qəza barədə siqnal səhər saatlarında, yerli vaxtla saat 06.20-də daxil olub. Üç xilasedici qayıq və bir helikopter göndərilib. Dənizçilərin axtarışına güclü dalğalar mane olur.

Türkiyənin Nəqliyyat Nazirliyi məlumatı təsdiqləyərək SOS siqnalının İmralı adasının şimal-qərbində qəbul edildiyini bildirib. “Qəzanın baş verdiyi ərazi “təhlükəli zona” elan edilib. Axtarış davam edir. Helikopter pis hava şəraiti səbəbindən uça bilməyib”, – nazirliyin məlumatında deyilir.

“Çoraber” gəmisi dünən axşam saat 20:00-da dənizdən çıxıb. İndi Mərmərə dənizində fırtına var, dalğaların hündürlüyü 3 metrə çatır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki