Reper Killer Mayk fevralın 5-də Qremmi Mükafatlarında üç mükafat qazandıqdan sonra həbs edilib. Bu barədə Vətəninfo.az Associated Press nəşrinə istinadən xəbər verir .
Polis sözçüsü Mike Lopez bildirib ki, repçi həmin gün təxminən saat 16:00-da mübahisə zəminində həbs edilib.
Reper daha sonra sərbəst buraxılıb. Onun fevralın 29-da Los-Ancelesdə məhkəmə qarşısına çıxması planlaşdırılır.
Qremmilərdə Killer Mayk “Alimlər və Mühəndislər” filminə görə Ən Yaxşı Rep Performansı və Ən Yaxşı Rep Mahnısı, həmçinin “Maykl” mahnısına görə Ən Yaxşı Rep Albomu mükafatlarını qazandı.


























