image-1backend

Məşhur türkiyəli siyasətçi bədbəxt hadisə nəticəsində həlak oldu

image-reklam_sirab_01

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası partiyanın sədr müavini Mehmed Palazın vəfatını açıqlayıb.

Vətəninfo.az  “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , o, Dənizli vilayətinin rayonlarından birində partiyanın qələbə bayramı zamanı eyvanın uçması nəticəsində dünyasını dəyişib.

Partiya bildirib ki, Palaz partiyanın seçki uğurunu qeyd etdikləri eyvan çökdükdən sonra daha 8 nəfərlə birlikdə xəstəxanaya yerləşdirilib. Həkimlər Palazı xilas edə bilməyiblər.

Türkiyədə martın 31-də keçirilən yerli özünüidarəetmə orqanlarına seçkilərdə səslərin demək olar ki, 99 faizinin ilkin hesablanması hakim “Ədalət və İnkişaf” partiyasının məğlubiyyətini təsdiqləyib. Müxalifətdə olan Xalq Cümhuriyyəti Partiyası 20 ildə ilk dəfə hakim partiyaya qalib gələrək tarixi nəticə əldə edib. Türkiyənin iki böyük şəhəri İstanbul və Ankarada, eləcə də bir çox başqa şəhərlərdə ana müxalifət partiyası qalib gəlib. Ankarada tərəfdarları qarşısında çıxış edən Türkiyə prezidenti millətin qərarına hörmətlə yanaşacağına söz verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki