image-reklam-veteninfo
image-1backend

Microsoft: “ İran hakerlərinin yeni hədəfində Yaxın Şərqin tanınmış ekspertləri var” 

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, “Microsoft” şirkəti kiberhücumlarla bağlı yeni hesabatında bildirib ki, İran hökumətinə bağlı hakerlər Yaxın Şərq üzrə məşhur ekspertləri hədəfə alıblar.
Məlumata görə, hakerlər ABŞ, Britaniya, Belçika, Fransa, İsrail və hətta Qəzzada universitet və tədqiqat institutlarında tanınmış ekspertlərə kiberhücumlar ediblər. Hakerlərin birbaşa Tehrana bağlı olduğu bildirilib.
“The Jerusalem Post” qəzeti qeyd edib ki, “Mint Sandstorm” adlı hakerlər ekspertlərə zərərli linklər göndərməklə onların şəxsi məlumatlarını ələ keçirməyə çalışıblar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki