image-1backend

Monqolustanda güclü partlayış: Çoxsaylı insan həlak oldu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Monqolustanın paytaxtı Ulan-Batorda 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində azı 24 nəfər ölüb.

Qeyd olunur ki, partlayış yaşayış massivinin yaxınlığında baş verən qəzadan sonra magistral yolda baş verib. Dərhal hadisə yerində yanğın başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, partlayış dalğası hətta yüzlərlə metr aralıda da hiss olunub.

İlkin məlumatlara görə, fövqəladə hadisə nəticəsində azı 24 nəfər ölüb, onlardan üçü yanğınsöndürəndir. Bu rəqəmlər hələ ki, rəsmi təsdiqini tapmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki