image-1backend

“Müharibə uzana bilər” -Peskov

image-reklam_sirab_01

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Qərb “Rusiyanın Ukraynada tez bir zamanda “xüsusi hərbi əməliyyat” keçirmək planlarını darmadağın edib və indi bu, ləngiyə bilər.
Vətəninfo.az “İnterfaks”-a istinadən xəbər verir ki, Peskov “Xüsusi hərbi əməliyyat Ukraynaya qarşı əməliyyat kimi başlayıb, lakin zaman keçdikcə kollektiv Qərbə qarşı müharibə şəklini alıb”.

Onun sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi “dost olmayan” ölkələr “birbaşa bu münaqişədə iştirak edir” və buna görə də müharibə “bir az daha uzun sürə bilər”, lakin bu, “işlərin gedişatını” dəyişmir.

“Bütün problemlər və tapşırıqlar yerinə yetiriləcək”, – Kreml sözçüsü vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki