image-cavusoglu-stoltenbergbackend

NATO çatı dərinləşir: Çavuşoğlu Stoltenberqlə mübahisə etdi 

image-reklam_sirab_01

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu NATO-nun Baş katibi Yens Stoltenberqlə mübahisə edib.

Vətəninfo.az-ın xəbərinə görə, Mövlud Çavuşoğlu ilə Yans Stoltenberqin siyasi çəkişməsi İsçev və Finlandiyanın alyansa üzvlüyünə görə baş verib.

Yayılan məlumatlara görə, Türkiyənin xarici işlər naziri Çavuşoğlu bildirib ki, İsveç terrorla mübarizədə “konkret addımlar” atmalıdır:

“Yalnız bundan sonra NATO-ya üzvlük müqaviləsinin ratifikasiyasından danışmaq olar”.

“Bloomberg” nəşrində yer alan iddialara görə, bu, 2023-cü ilə qədər baş verməyəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yens Stoltenberqlə birgə mətbuat konfransında açıq şəkildə söyləyib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sazişin Türkiyə tərəfindən ratifikasiyası Stokholmun terrorla mübarizədə görəcəyi tədbirlərdən asılıdır.

NATO-nun baş katibi Yens Stoltenberq isə öz növbəsində deyib ki, İsveç antiterror qanunvericiliyini dəyişib və Ankaranın terror təşkilatı hesab etdiyi PKK üzvlərini Türkiyəyə təhvil verəcək:

“İsveç və Finlandiya Türkiyə ilə işləməyə hazırdırlar. Onların üzvlüyü bizi daha da gücləndirəcək”.

NATO-nun Baş katibi adıçəkilən ölkələrin öhdəliklərinə sadiq qaldıqlarına əmin olduğunu dilə gətirib:

“Finlandiya və İsveçi NATO-nun tamhüquqlu üzvləri kimi qəbul etməyin vaxtı çatıb. Bu təhlükəli dövrlərdə Moskvada anlaşılmazlıqların və ya yanlış hesablamaların qarşısını almaq üçün onların alyansa qəbulunu başa çatdırmaq daha vacib məsələdir”.

Çavuşoğlunun Stoltenberqə cavabı da özünü çox gözlətməyib. Türkiyənin baş diplomatı bildirib ki, təkcə dəvət üçün deyil, tam üzvlük üçün atılmalı olan addımlar var:

“Bəzi addımlar atılıb. Sadəcə olaraq silah embarqosunu qaldırmaq kifayət deyil, o, daimi olmalıdır. Məqsədimiz hər iki ölkənin terrorla mübarizədə mühüm addımlar atmasıdır. Türkiyənin Finlandiyanın müraciəti ilə bağlı heç bir şikayəti yoxdur, lakin Ankara da iki ölkənin birgə üzvlüyünə böyük əhəmiyyət verilir”.

“Bloomberg” yazır ki, Türkiyə, İsveç və Finlandiyanın ilin sonuna qədər NATO-ya üzvlüyünə razılıq verməyəcək.

İddialara görə, Türkiyə hökumətinin İsveçlə bağlı iki əsas şərti mövcuddur. Birincisi, kürd separatçılarına qarşı mübarizə, şübhəli şəxslərin ekstradisiyasıdır. Digər səbəb isə Ankaraya silah satışına qoyulan məhdudiyyətlərin tamamilə aradan qaldırılmasıdır.

Qeyd edək ki, NATO üzvü olan dövlətlərdən yalnız Türkiyə və Macarıstan İsveçlə Finlandiyanın üzvlüyünə hələ də razılıq verməyiblər.Publika


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki