image-1backend

Navalnının anası Putindən oğlunun meyitini tələb etdi 

image-reklam_sirab_01

“Adam kimi dəfn etmək istəyirəm”: Aleksey Navalnının anası Putinə müraciət edib.

Vətəninfo.az xəbər verir ki, Lüdmila İvanovna Navalnaya Alekseyin öldürüldüyü koloniyanın fonunda oğlunun cəsədinin azad edilməsi tələbi ilə videomüraciət yazıb:

“Beşinci gündür ki, onu [oğlumu] görə bilmirəm, cəsədini mənə vermirlər, hətta onun harada olduğunu da demirlər. Mən sizə, Vladimir Putinə müraciət edirəm. Qərar ancaq sizdən asılıdır. Nəhayət oğlumu görməyə icazə verin. Alekseyin cəsədinin dərhal təhvil verilməsini tələb edirəm ki, onu adam kimi dəfn edim”.

Lüdmila İvanovna fevralın 17-də səhər – Alekseyin öldürülməsindən bir gün sonra Saleharda uçub. O vaxtdan bəri ona oğlunun meyitinin harada olması barədə heç nə deməyiblər, meyitin buraxılması üçün dəqiq vaxt çərçivəsi və ölüm səbəbini də ona deməyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki