image-1backend

Navalnının ölüm səbəbi budur – Budanov

image-reklam_sirab_01

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rusiyalı müxalifətçi Aleksey Navalnının koloniyada qan laxtalanması səbəbindən təbii səbəblərdən öldüyünü açıqlayıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya və Ukrayna KİV-ləri məlumat yayıb.

“Və bu, az-çox təsdiqlənib, təəssüf ki, bu, təbii ölümdür”, – Budanov təfərrüatları açıqlamayıb.

Xatırladaq ki, Rusiya Federal Penitensiar Xidmətinin Yamal İdarəsinin məlumatına görə, fevralın 16-da gəzintidən sonra Navalnı özünü pis hiss edib, huşunu itirib və dünyasını dəyişib.

İlkin məlumata görə, qan laxtası qopub, ölümün dəqiq səbəbləri müəyyənləşdirilir.
Labitnanq şəhər xəstəxanası RİA Novosti-yə bildirib ki, 9 dəqiqəyə hadisə yerinə gələn təcili tibbi yardım həkimləri yarım saatdan çox Navalnunu diriltməyə çalışıblar. Faktla bağlı ilkin araşdırmalara başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki