image-1553005639_3backend

Nazarbayev Məsimov haqda: “Məgər İsa peyğəmbər bilirdi ki, İuda satqındır?”

image-reklam_sirab_01

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev seçkilərdə səs verib və jurnalistlərin bəzi suallarını cavablandırıb.

Vətəninfo.az Musavat.com-a istinadla xəbər verir ki, eks-prezident noyabrın 18-də Astanada məhkəməsi başlayan keçmiş baş nazir Kərim Məsimovun dövlətə xəyanətlə bağlı işinə münasibət bildirib.

“İstintaqın, məhkəmə prosesinin başa çatması məni də bu çox maraqlandırır, mən də gözləyirəm ki, arxasında kimlər dayanır. Məsimov uzun illər mənimlə işləyib. Ancaq məgər İsa peyğmbər yanında oturan İudanın xain olduğunu bilirdimi? Biz tanrı deyilik, ona görə də məhkəmənin sonunu görəcəyik və məncə, hamımız bunu anlayacağıq”, – Nursultan Nazarbayev bildirib.

Nazarbayev seçimini şərh edərək, “hakimiyyəti könüllü olaraq ötürdüyünü” vurğulayıb: “Bu o deməkdir ki, mən seçimimi sona qədər etmişəm, öz adımdan demək istəyirəm ki, indi xalqımızın birliyə həqiqətən ehtiyacı var. Təbii ki, müstəqilk, dövlətimizi qurmuşuq, mənim əmrimlə paytaxt tikilib, amma hələ görüləsi işlər çoxdur. Bunun üçün bir prezident ətrafında işləyəcək xalqın birliyi lazımdır. Bu, qazax xalqının, Qazaxıstan xalqının gələcəyi üçün çox vacibdir. Ümid edirəm ki, xalqımız bunu başa düşür”, – deyə Nursultan Nazarbayev bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki