image-629481bd422a1backend

Nensi Pelosi: ‘‘Benyamin Netanyahu istefa vermәlidir’’

image-reklam_sirab_01

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, demokrat deputat Nensi Pelosi İsrailin baş naziri Benyamin Netanyahunun illərdir iki dövlətli həll prosesinə əngəl törətdiyini ifadə edərək onu istefaya çağırıb.

Vətəninfo.az xəbər verir ki,ABŞ Konqresinin yüksək vəzifəli üzvü və Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi İrlandiyada bir televiziya kanalına verdiyi müsahibəsində Qəzzadakı son vəziyyəti qiymətləndirib.

Nensi Pelosi ABŞ-ın hər baxımdan İsrailin təhlükəsizliyinə sadiq olduğunu, lakin Netanyahunun 2023-cü ilin 7 oktyabr tarixindən sonra atdığı addımlarla razılaşmadıqlarını vurğulayıb.

“Biz İsrailin özünümüdafiə hüququnu tanımalıyıq. Biz Netanyahunun yürütdüyü siyasət və üsullarını rədd edirik. Qəzzadakı vəziyyət dəhşətlidir. Netanyahu istefa verməlidir. O, yaşananlara görə məsuliyyət daşıyır”,-Nensi Pelosi qeyd edib.

Nensi Pelosi vurğulayıb ki, o, Konqresdə həmişə İsrailin maraqlarını müdafiə edib, lakin bugünkü vəziyyət aydındır.

Benyamin Netanyahunun illərdir iki dövlətli həll prosesinə əngəl törətdiyini ifadə edən Nensi Pelosi deyib: “Bilmirəm o, sülhdən qorxur, ya sadəcə sülh istəmir, amma o, illərdir iki dövlətli həllə mane olur”.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası bu yaxınlarda İsrailə 26 milyard dollarlıq yeni yardım paketini təsdiqləyib. Nensi Pelosi sözügedən paketə “hə” deyən deputatlardan biridir.

Sözügedən paketin bu həftə Senatda müzakirə edilərək qəbul ediləcəyi gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki