Kosovo Prezidenti Vjosa Osmani Amerikanın Priştinadakı səfiri Ceffri Hovenierə və ABŞ hökumətinə avtomobil nömrələri ilə bağlı Brüsseldə bu günkü razılaşmanın əldə edilməsində fəal iştirakına görə təşəkkür edib.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Kosova prezidenti xanım Vojosa Osmani özünün Twitter hesabına paylaşıb. Osmani daha sonra bunları əlavə edib:
“Mən ABŞ səfiri Ceff Hovenierə və ABŞ hökumətinə Brüsseldə bugünkü razılaşmanın əldə edilməsində fəal iştirakına görə təşəkkür etmək istəyirəm. Kosovo və Serbiya arasında dialoq prosesinə onların dəstəyi vacibdir. Kosovo minnətdardır”.
Zərri
Vətəninfo.az


























