image-1backend

Pakistan və İran ABŞ-ın xəbərdarlığına baxmayaraq qaz kəmərinin tikintisini başa çatdıracaq

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Pakistanın baş nazirinin müavini, xarici işlər naziri İshaq Dar ABŞ-ın xəbərdarlığına baxmayaraq, İranla “Sülh” magistral qaz kəmərinin tikintisinin başa çatacağına əminliyini ifadə edib.

“Birləşmiş Ştatlar Pakistan-İran qaz kəməri layihəsinin həyata keçirilməsinə dəstək verməyəcəyini açıqlayıb və Tehranla iş aparacağı təqdirdə sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edib. ABŞ və ya digər ölkələrin nə deməsindən asılı olmayaraq, biz öz maraqlarımızı rəhbər tutmalı və onlara uyğun hərəkət etməliyik”, – “Dawn” qəzeti İslamabadda keçirilən mətbuat konfransında Darın sözlərini sitat gətirib.

Pakistan heç bir diktədən geri çəkilməyəcək. “Pakistan suveren dövlətdir, biz digər ölkələrin suverenliyinə hörmət edirik və gözləyirik ki, onlar da Pakistanın suverenliyinə hörmət etsinlər”.

Bundan əvvəl Pakistan hökuməti İran prezidenti İbrahim Rəisinin aprel ayında İslamabada rəsmi səfərini yüksək qiymətləndirib, səfər zamanı geosiyasi problemlərə və mümkün Amerika sanksiyalarına baxmayaraq, “Sülh” qaz kəmərinin yekun tikintisi müzakirə olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki