image-1backend

Pakistanda Şahbaz Şərif baş nazir, Asif Əli Zərdari prezident olacaq: İki aparıcı partiya razılığa gəldi

image-reklam_sirab_01

Çərşənbə axşamı axşam saatlarında Pakistan Müsəlman Liqası (PML-N) və Pakistan Xalq Partiyası federal hökumətin qurulması barədə razılığa gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə Geo telekanalı PML-N sədri Şahbaz Şərif, PPP sədri Bilaval Bhutto-Zərdari və PPP parlament fraksiyasının lideri Asif Əli Zərdarinin birgə mətbuat konfransına istinadən məlumat verib.

“PPP və PML-N indi [Milli Assambleyada] lazımi sayda yerlərə malikdir və biz növbəti hökuməti formalaşdıra bilirik”, – telekanal Bhutto-Zərdaridən sitat gətirib. Şahbaz Şərif baş nazir, Asif Əli Zərdari isə prezident olacaq.

Hakim koalisiyaya Pakistan Müsəlman Liqası (K), Müttahida Qaumi Hərəkatı və Pakistan Sabitliyi Partiyası da daxil olacaq.

Seçki Komissiyasının məlumatına görə, Milli Məclisə (parlamentin aşağı palatası) seçkilər çərçivəsində 266 dairədən 265-nin nəticələrinə baxılıb. PML-N 75 rayonda, PPP 54 rayonda qalib gəlib. 93-ü “Ədalət Uğrunda” hərəkatına qoşulan müstəqil namizədlər 101 rayonda mandat alıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki