image-reklam-veteninfo
image-1backend

Pakistanda silahlıların hücumu nəticəsində azı 10 polis ölüb

image-reklam-veteninfo

Pakistanın şimal-qərbində silahlıların polis məntəqəsinə hücumu nəticəsində azı 10 nəfər ölüb.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti polisə istinadən məlumat yayıb.

Məlumata görə, 6 nəfər yaralanıb. Əyalət polis rəisi bildirib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.

Fevralın 8-nə təyin edilmiş Milli Assambleyaya (parlamentin aşağı palatası) və əyalət qanunvericilik orqanlarına seçkilər ərəfəsində gərginliyin artması ilə Pakistanda zorakılıq halları çoxalıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki