image-1backend

Pakistanda terror: Ölənlər var

image-reklam_sirab_01

Pakistanda pilotsuz uçuş aparatı ilə törədilən hücum nəticəsində dörd nəfər həyatını itirib.

Vətəninfo.az xəbər verir ki, polis rəsmisi Hidayət Ullah Pakistanın Cənubi Vəziristan bölgəsində baş verən hücumla bağlı açıqlama verib.

Hücumun naməlum şəxslər tərəfindən törədildiyini bildirən polis rəsmisi ilkin məlumatlara görə dörd mülki vətəndaşın öldüyünü qeyd edib.

Hidayət Ullah bildirib ki, faktla bağlı araşdırma aparılır.

Məlumata görə, bölgə sakinləri də hərbi düşərgə yaxınlığında hücuma etiraz ediblər.
Hökumət rəsmiləri hücuma görə məsuliyyət daşıyanların şəxsiyyəti ilə bağlı hələlik açıqlama verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki