image-1backend

Paris Olimpiadasında terror ola bilər – The Times

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, 2024-cü il Paris Olimpiadasının təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulan Parad sisteminin şəhər mühitində təsirsiz olduğu və yalnız hər üç PUA-dan birini aşkarlaya bildiyi məlum olub.

Bu, dronlardan istifadə etməklə terror hücumları riskini artırır, ekspertlər The Times-da bildiriblər. “350 milyon avroya başa gələn Parad sistemi “mükəmməllik” gözləntilərini doğrultmur. O, tez-tez dronları kondisioner ventilyatoru ilə səhv salır və onları yalnız 800 metr məsafədə aşkarlayır”, – “The Times” sistemin sınaqları ilə tanış olan mütəxəssisdən sitat gətirib.

Bununla belə, qeyd edilir ki, Parad digər texnologiyaların daxil olduğu hərtərəfli Olimpiya təhlükəsizlik sisteminin yalnız bir hissəsi olacaq. Ötən il Fransada keçirilən Reqbi üzrə Dünya Kuboku zamanı dronların qeyri-qanuni istifadəsini aşkar etmək üçün Parade sistemi artıq istifadə edilib. Həmin vaxt pilotsuz uçuş aparatları ilə bağlı 55 insident qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki