Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti üçün Moskvaya gedə bilər. Vətəninfo.az xəbər verir ki, bu barədə “Hraparak”nəşri məlumat yayıb.
Nəşr xatırladıb ki, Ermənistan yanvarın 1-dən Aİİ orqanlarına, eləcə də Ali Avrasiya İqtisadi Şurasına, Avrasiya Hökumətlərarası Şurasına və Avrasiya İqtisadi Komissiyası Şurasına rəhbərlik edir. Qəzet yazır: “Ənənəvi olaraq sədrlik edən ölkədə iclas onun sədrlik ili zamanı çağırılsa da, Ermənistan hələlik bu barədə düşünmür”.