image-1backend

Peskov: Putinin Türkiyəyə səfəri bu tarixdə olacaq

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin Türkiyəyə səfərinin martın 15-17-də keçiriləcək prezident seçkilərinə qədər baş tutmayacağını bildirəib. Peskov əlavə edib ki,  ancaq yüksək səviyyəli təmaslara hazırlıq görülür.

Peskov paytaxt Moskvada verdiyi açıqlamada Putin və prezident Rəcəb Tayyib Ərdoğanın sıx iş qrafikinin olduğuna diqqət çəkərək deyib:

“Səfər seçkiyə qədər (15-17 mart) baş tutmayacaq. Putinin seçkiyə qədər gərgin və stresli iş qrafiki var. Ərdoğanın da iş qrafiki kifayət qədər sıxdır. Bununla belə, yüksək səviyyəli təmaslara hazırlıq görülür. Bu təmaslar hər iki liderin cədvəlinə daxil ediləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki