image-1backend

Polşa fermerləri Ukrayna ilə sərhədi bağlayırlar

image-reklam_sirab_01

Etiraz edən polşalı fermerlər fevralın 20-də Ukrayna ilə sərhədi tamamilə bağlayacaqlar. Vətəninfo.az  xəbər verir ki, bu barədə “RİA Novosti” “Solidarnost” kənd təsərrüfatı işçilərinin həmkarlar ittifaqına istinadən məlumat yayıb.

Fevralın 9-da fermerlərin ümumi etiraz aksiyası başlayıb. Onlar ölkə boyu etiraz aksiyası keçirir, yolları və Ukrayna ilə sərhəd-keçid məntəqələrinə girişləri bağlayırlar.

Birlik aydınlaşdırır ki, fevralın 20-də təkcə sərhəd-keçid məntəqələri deyil, həm də nəqliyyat qovşaqları və yükdaşıma stansiyalarına və dəniz limanlarına gedən yollar da bağlanacaq.

Polşa-Ukrayna münasibətləri Ukrayna taxılına qoyulan embarqoya görə xeyli mürəkkəbləşib. 2023-cü il sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan dörd kənd təsərrüfatı məhsulunun idxalına məhdudiyyətləri Aİ-nin bir neçə sərhəd ölkəsinə uzatmamaq qərarına gəlib, lakin Kiyevi ixraca nəzarət üçün tədbirlər görməyə məcbur edib.Bundan sonra Slovakiya, Macarıstan və Polşanın hakimiyyət orqanları qadağanı birtərəfli qaydada uzaddıqlarını açıqladı. Ukrayna bununla bağlı ÜTT-yə şikayət edib. Buna cavab olaraq üç Aİ ölkəsi Ukrayna taxıl məsələsi ilə bağlı koordinasiya platformasının iclaslarını boykot edəcəklərini bəyan ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki