image-1backend

Prezident səhvini etiraf edib istefa verdi

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Macarıstanda uşaq zorakılığına görə məhkum edilmiş adamı əfv etməsi ilə cəmiyyətin böyük kütlələri, xüsusən də müxalifət tərəfindən reaksiyalara səbəb olan ölkə prezidenti Katalin Novak “səhv etdiyini” bildirərək vəzifəsindən istefa verib.

2023-cü ilin aprelində uşaq zorakılığına görə məhkum olunmuş adamı əfv etdiyi üzə çıxandan sonra Novak cəmiyyətin müxtəlif təbəqələrindən, xüsusən də müxalifətdən təpkilər alıb.

Reaksiyalar artınca Qətərdə rəsmi səfərdə olan Macarıstan prezidenti tez ölkəyə qayıdıb.

Katalin Novak paylaşdığı videomüraciətdə səhv etdiyini və vəzifəsindən istefa verdiyini açıqlayıb.

Baş nazir Viktor Orban da reaksiyalara biganə qalmayıb. O deyib ki, uşaq istismarına görə “məhkum edilmiş birinin əfv edilməsini ləğv edən konstitusiya dəyişikliyi” təklif edəcək.

Yeni dövlət başçısı prezident mandatına xitam verildikdən otuz gün sonra parlament tərəfindən seçiləcək.

Qeyd edək ki, Macarıstan prezidentinin əfv etdiyi adam bir məktəbdə uşaqlara qarşı zorakılıq edən məmuru ört-basdır etdiyi və bununla “cinayətə şərik” olduğu üçün məhkum olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki